Eyden chloe

Eyden chloe
@Eyden_chloe
"Mən Xloenin dünyasında yaşayıram. Mən Xloe kainatının bir parçasıyam. O isə məndə ki kiçik qum dənəsidir"
Reklam
“Siqaret tüstüsü ilə birlikdə bizim zərrəciklərimiz də uzaq kosmosa uçur”. Chloe
– Tanrı, bəsdir, dostum, mən təslim. Bax məni cəzalandırmaq istədin. Gördün ki, bacarmırsan, kasıblıq, aclıq, təhqir olunmaq, alçalmaq, yetimlik, kimsəsizlik, ağır həyat şəraitləri mənə təsir eləmir. Ürəyimə dəymək istədin. Dəmirçinin dəmiri formaya salmazdan əvvəl onu qızdırdığı kimi sən də ürəyimi sevgi ilə isitdin və istədiyin qədər cəzalandıra bildin. Ən iyrənc hallara saldın. İndi isə gözümü yumacağam, sənsə sakitcə canımı al. Mən nəfəs almayacağam, sən işində ol.
"Sakit ol, dostum, – deyə tapançanı gicgahıma tuşlayan Enovar güzgüdən əksimə baxaraq pıçıldadı, – Ben, sənin hər gün dua elədiyin Tanrın həyatın elə özü idi. Həyat isə sənə qarşı çox qəddar oldu. Mən sənə həyatın zərbələrini əks zərbə ilə dəf etməyi öyrətməyə çalışdım. Amma həyat sənə elə zərbələr vurub ki, indidən sonra nə etsən də xeyri yoxdu. Gözlərini yum, Ben. Sadəcə, yarımçıq partlayış səsi eşidəcəksən və əbədi rahatlığa qovuşacaqsan, dostum. Həyatın gözəl günəş şəfəqi ilə bəzənmiş səhər kimi qısa oldu, Ben. Sənin üçün ümid edirəm. Ümid edirəm ki, o biri dünya var və sən orda istədiyin kimi yaşayacaqsan, –qulağımda pıçıldayır Enovar. O, bunları dedikcə mən gözüyumulu yazıram. Bütün bədənim əsir, ürəyim döyündükcə iynələrə dəyir sanki. Həyatımın son saniyələri olduğunu anlayıram. Sakitlik çökdü. Bir azdan Enovar tətiyi çəkəcək. Bu sakitliyi ona görə yaradıb ki, mən həyatla vidalaşa bilim. Sükut nədənsə hələ də davam edir. Enovarın barmağının tapançanın tətiyində tərpəndiyini hiss edirəm. Partl........ (qan ləkələri ilə boyanmış səhifədə yazı burda yarımçıq qalmışdı)"
"Əgər bir gün yolun cəhənnəmə düşərsə məni tap. Ən dibdəki nömrədə olacağam. Qaynar od içərik həyatın anasının sağlığına Bendy Vuen, Tanrının ögey oğlu"
Reklam