Uzun zamandır oxumaq istədiyim kitablardan idi. Kitab çox axıcı şəkildə yazılmışdır. Heç yorulmadan , bezmədən oxudum. Roman Duqlas adlı bir şəxsin öldürülməsi və istintaqı ilə bağlıdır. Öldürülmüş hesab olunan Duqlas əslində ölməmişdir, onu öldürmək istəyəni öldürmüş və həmin şəxsi Duqlas olaraq təqdim etmək istəmişdir. Holms bu məsələni açığa qovuşdurmuşdur. Kitabın ikinci hissəsi də çox maraqlıdır. Əslində olan isə birinci hissə ikincinin ardı olaraq hesab olunur. İkinci hissədə Duqlasın əslində adının belə qondarma olduğu açılmışdır. Duqlas, əslən, dedektiv Bardi Edvarsdır. O, tapşırıq olaraq "Təmizləyicilər" adlı çirkli işlər görən birliyin içərisinə daxil olur. Bunun nəticəsində bütün qaranlıq işlər, çirkli əməllər, qətllər barədə məlumatlara yiyələnir və bu qaranlıq insanları ifşa edir. Kitabda Makmerdo( yəni ,Duqlas) ilə Ettinin məhəbbəti də əks olunub. Bir sözlə kitabı oxuyun , oxutdurun.️