Bacımın aldığı kitablara beleş qonmağımın kim bilir neçənci günü.Gözəlmiş.Nə yazıçını tanıyırdım nə də bu əsər haqqında əvvəlcədən məlumatım var idi.Rezidentura bekarçılığından oxuyub bitirdiyim bu kitab məni çox qəribə hiss etdirdi nə yalan deyim.Sanki doktor infarkt keçirib onun ruhuymuş kimi ortalıqda gəzdim bütün gün.bu günüm onsuzda qəribə keçdi üstünə də bu kitab qəribəliyi ilə başımı döndürdü,insanların yanından keçəndə sizə tarif edə bilməyəcəyim hiss keçirirdim,qəribə bir vahimə bürümüşdü,amma soyuqdəymədən də ola biıər,boğazım qıcıqlanırdı,ya da içdiyim americano da kortizolumu artırmış ola bilər.
İncələmə desəm kitabı anladım amma sizə anlat desələr bacarmayacam,indiyə qədər oxuduğu kitabların 80 faizi malign tibb kitabları olan birindən nə fəlsəfə analizi gözləyirsiniz bilmirəm,halbuki nəsə oxumuşam da,stoanı zad nənəm də bilər
Stoacılığı bu qədər haqlı bir şəkildə gömən birini görmədim,İvan həqiqətən kralın dibi.İvanın drdiyini gen z tipində anlatsaq bunu deyir:dədən rayonda qoyun quzu satıb bakıya gəlib,sən də qlamurka həyat tərzi keçirib yağ bal içində yaşadıblar,tak şto yaşayırsan da starbucksı dı cressenti di vəs.gəlirsən mənə fəlsəfə edirsən ki hə nolsun sənin travman var,çətinliklərdən keçmişən,o boyda uni oxuyub axırda obada işləyirsən,nolsun avtobus 60 qəpik oldu BOŞ VER KNK.-bu qədər sadə.Mən həyatımda bu qədər fuckass empatiya yoxsunluğu daşıyan bir fəlsəfə görmədim.
Bu doktor da artıq arvada qıza doyub uje sıxılır,ivanın dedikləri də ağlına batır ki həə,biraz axirət fikirləşək uje yaş da keçib,pensiyamı da vermirlər,biraz summertime sadness yaşayaq,başlayırlar bu ivanla harley quinn joker ilişkisi yaşamağa,bu da dəli olur,salırlar dəlixanaya.ardını sabah yazaram səhər tez duracam,burdakı fəlsəfəçi poser qaqalar kimi unemployed deyiləm