Fəxriyyə İsayeva

Fəxriyyə İsayeva
@Fakhriyya02
Puan vermedi·72 syf.··
Beğendi
·
2025 5. kitabı
Bacımın aldığı kitablara beleş qonmağımın kim bilir neçənci günü.Gözəlmiş.Nə yazıçını tanıyırdım nə də bu əsər haqqında əvvəlcədən məlumatım var idi.Rezidentura bekarçılığından oxuyub bitirdiyim bu kitab məni çox qəribə hiss etdirdi nə yalan deyim.Sanki doktor infarkt keçirib onun ruhuymuş kimi ortalıqda gəzdim bütün gün.bu günüm onsuzda qəribə keçdi üstünə də bu kitab qəribəliyi ilə başımı döndürdü,insanların yanından keçəndə sizə tarif edə bilməyəcəyim hiss keçirirdim,qəribə bir vahimə bürümüşdü,amma soyuqdəymədən də ola biıər,boğazım qıcıqlanırdı,ya da içdiyim americano da kortizolumu artırmış ola bilər. İncələmə desəm kitabı anladım amma sizə anlat desələr bacarmayacam,indiyə qədər oxuduğu kitabların 80 faizi malign tibb kitabları olan birindən nə fəlsəfə analizi gözləyirsiniz bilmirəm,halbuki nəsə oxumuşam da,stoanı zad nənəm də bilər Stoacılığı bu qədər haqlı bir şəkildə gömən birini görmədim,İvan həqiqətən kralın dibi.İvanın drdiyini gen z tipində anlatsaq bunu deyir:dədən rayonda qoyun quzu satıb bakıya gəlib,sən də qlamurka həyat tərzi keçirib yağ bal içində yaşadıblar,tak şto yaşayırsan da starbucksı dı cressenti di vəs.gəlirsən mənə fəlsəfə edirsən ki hə nolsun sənin travman var,çətinliklərdən keçmişən,o boyda uni oxuyub axırda obada işləyirsən,nolsun avtobus 60 qəpik oldu BOŞ VER KNK.-bu qədər sadə.Mən həyatımda bu qədər fuckass empatiya yoxsunluğu daşıyan bir fəlsəfə görmədim. Bu doktor da artıq arvada qıza doyub uje sıxılır,ivanın dedikləri də ağlına batır ki həə,biraz axirət fikirləşək uje yaş da keçib,pensiyamı da vermirlər,biraz summertime sadness yaşayaq,başlayırlar bu ivanla harley quinn joker ilişkisi yaşamağa,bu da dəli olur,salırlar dəlixanaya.ardını sabah yazaram səhər tez duracam,burdakı fəlsəfəçi poser qaqalar kimi unemployed deyiləm
Altıncı KoğuşAnton Çehov · Türkiye İş Bankası Kültür Yayınları · 202687,4bin okunma
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Puan vermedi·152 syf.··
Beğendi
·
2023 4. kitabı
1984 ilə bənzər olub,ən məşhur anti-kommunist kitablardan biridir.Orwell Stalin rejimini pisləsə də,əslində bütün diktatorluqlar və basqıcı rejimləri tənqid eləyir.Orwellin düşüncəsinə görə əsl sosyalizm bərabərlik,azadlıq,siniflər arasında fərq qoymur.Əsərdə başlarda qurulan sosyalizm xəyallarının necə yavaş yavaş sonda diktator rejiminə çevrildiyini görürük.Vaxt keçdikcə iqtidar zəhərlənməsi yaşayan donuzlar öz ideologiyalarına xəyanət etdilər və insanlardan bir fərqləri qalmadığlnı digər heyvanlar gec də olsa anlayırlar.Məncə,sosyalist bir cəmiyyətin qurulması üçün çoxsaylı nüanslar nəzərə alınmalıdır.Üsyandan qabaq xalq həqiqətən innovasiyalara hazır vəziyyətdə olmalıdır,bu isə kifayət qədər siyasi cəhətdən savad tələb edir.Diktatorlar iqtidara gəlməzdən qabaq xalqın savadsızlığından istifadə edərək,emosional manipulyasiya edirlər.Hətta manipulyasiya üçün saxta ideologiyalar yaradıb xalqa vədlər verirlər.Xalq əgər savadsızdırsa gələcək diktatoru “xilaskar” olaraq görür.
İnsan ve Toplum
Hayvan ÇiftliğiGeorge Orwell · Can Yayınları · 2024296,8bin okunma
Puan vermedi·125 syf.··
2023 3. kitabı
“Fareler ve İnsanlar” kitabı 1930-cu ilin böhranlı amerikasında iş axtaran iki dostun yaşadığı hadisələri ələ alır.Corc və Lenni dolanışıq üçün fermalarda muzdarlıq edən,gəzginlərdir.Uzun müddət bir yerdə olmalarına baxmayaraq,iki ziddiyət təşkil edən xarakterə sahibdirlər.Lenni cüssəli amma saf,Corc isə əksinə,bəstəboy və ağıllı biridir.Lenninin yumşaq əşyaları oxşama istəyi,onun özü də bilmədən başına problem açır,Corc isə bu durumlardan baş çıxarmağa çalışır,və şəfqət duyğusu ilə Lenniyə həmişə sahib çıxır.Lenni də bunun fərqindədir və ən dəyərli varlığını Corc ilə dostluğunda görür.Ona qərar vermə mövzusunda güvənir və özünü sahiblənmək üçün ona təslim verir. Yaşadıqları ayrı bir problemli hadisədən sonra başqa bir yerdə gəlib çalışmağa başlayırlar.Corc Lenniyə pul yığıb ayrı bir ferma açmaq barədə olan xəyalı danışır,Lenni isə fermada dovşan alıb onları oxşamaq istəyinə tutunurdu.Corc bu xəyaldan əmin deyil,amma Lenni bu xəyala çox güclü tutunur,Corcdan da tez-tez təkrarlamasını xahiş edirdi. Lennidən fərqli olaraq çalışdıqları fermada tanıdıqları Croocks xarakteri xəyalpərəstlikdən uzaqdır.Lenni xəyalları barədə danışdıqda Croock ona dəli kimi baxırdı.Croock belə insanları çox tanıdığını,onların da eyni xəyalları qurub axırda heç nə əldə eləmədiyini söyləyir. Bunu insanların heç vaxt gedə bilməyəcəyi,amma haqqında bol-bol danışa bildikləri “cənnət” düşüncəsiylə bir tutur. Corc hekayənin sonlarına yaxın anlayır ki,Lenni iıə qurduğu planlar artıq gerçəyə yaxın deyil.Ondan son ümidini də kəsir.Hekayənin sonunda Lennini öldürməsi ilə xəyal da sonlanır. Ayrıseçkilik Əsərdə toxunulan mövzulardan biri “ayrıseçkilikdir”.Ən bariz nümunə Crooks obrazıdır,qara dərili olduğuna görə digərlərindən təcrid olunmuşdu. Cinsiyyət ayrıseçkiliyi olaraq Curlynin arvadı obrazını
Hayata Dair
Fareler ve İnsanlarJohn Steinbeck · Sel Yayıncılık · 2023211,9bin okunma
Mövzusu məni cəlb eləmişdi və mənə yeni baxış qazandıracağı düşüncəsiylə oxumağa başlamışdım,amma,işlər gözlədiyim kimi olmadı.Yarım qoydum,çünki,axırını təsəvvür eləyə bilirdim və əlavə olaraq da son ideyanı görə bilmədim.Baş obraz çox dramaqueen idi məncə,və hər hərəkətinin səbəbi olaraq depressiyasını,yaxud da pişiyinin ölməsini bəhanə olaraq əlli dəfə göstərməyi məni bezdirdi və obrazla empatiyamı itirdi.Oxuduğum zaman wattpad havalarını da sezdim biraz.Yazıçının əsas məqsədi günümüzün daima konfort axtaran gənci (məncə ərgən) streotipinə uyğun bir obraz yaratmaq idi və bu obrazın hər düzgün olmayan hərəkətinə haqq qazandırmağa çalışması arada olan bənzərliyi daha da artırır.Məhz buna görə kitabın müəyyən kütlə tərəfindən bu qədər rəğbət gprdüyünü düşünürəm amma ki,reallıqda kitab bir az abardılmışdı.
Gece Yarısı KütüphanesiMatt Haig · Domingo Yayınevi · 202598,7bin okunma