Kainatın hər yerində harmoniya və nizam hökm sürərkən, niyə bircə biz insanların həyatı bu harmoniyadan uzaqdır? Heyvanlar belə iztirabsız, rahat həyat yaşayırlar. Ən zəif bildiyimiz qarışqalar da xoşbəxtdir. Mən nə səbəbə bu cansıxıcı həyata dözməliyəm, axı nəyə görə?!
Yan udqundu. Ürəyi dəli kimi döyünürdü. Yavaşca kiçik mikrofonu qulağına yaxınlaşdırdı və “başlat" düyməsini basdı.
Səssizlik. Sonra silinmiş səsin bitməsini göstərən düymənin səsi. Yanın eşitdiyi uzun zaman an əvvəl bir qış gecəsində yazılmış səs yazısından qalanlar idi. Lent bitməmişdən əvvəl Svenin ona söylədiklərindən qalanlar...
İndi o üç sözü təkbaşına dinləyəndə ona kiçik qar-daşından bir mesaj kimi gəlmişdi. Svenin ona ölülər diyarından göndərdiyi bir mesaj: "Artıq evə gedək..."
"Bəli, həyat qəribə şeydir, - deyə düşündü və gömgöy səmaya baxdı. - Hər yeni gün yeni sürpriz lər gətirirdi. Həyat möcüzəvi dərəcədə mavi rəngdə olan səma kimi idi. İnsan nə vaxt havanın qaralıb, qarın yağacağını müəyyən edə bilirdi. Ona görə də hər gözəl anın dadını çıxarmaq lazım idi. Sabah çox gec ola bilərdi".