"İki yol var, ya sevdiyin adamın mənfi vərdişlərini dəyişməyə çalış, ya da qəbullan. Əgər dəyişə bilsən, sevdiyin daha yaxşı biri olar. Əgər qəbullana bilsən, sən daha yaxşı biri olarsan”.
Xoşbəxtlik yağışa bənzəyir — damlaları üzərinə düşdükcə içini hüzurla doldurur, sənə sakitlik bəxş edir. Ancaq bədbəxtlik, yağışdan sonra yerdə qalan palçıq və kir kimidir. Əgər öz pəncərəni təmizləməyi bacarmasan, növbəti xoşbəxtliyi görməkdə çətinlik çəkərsən. Səni narahat edən yalnız yağışın özü deyil, onun ardında qalan izlərdir. Halbuki, biri digəri üçün var olmalıdır. Yağış yağmalıdır ki, kiri yerindən oynadıb səni təmizlənməyə sövq etsin. Sənin yeganə vəzifən, öz güzgünü əl atıb təmizləməkdir. Bunu bacarsan, həyatında qarşına çıxan hər şeydə öz əksini aydın görə biləcəksən.
— Uraqan