_-Fəsillərdən ən gözəlidir payız🤎..Ruha sakitlik,duyğularımıza isə inanılmaz zövq verir. Ətrafımızda o qədər gözəlliklər var ki,insan baxmaqdan doymur. İlahinin insanlara bəxş etdiyi bütün rəng çalarlarını bu fəsildə görmək olar. Ayaqlar altında yarpaqların xışıltısını duymaq, xəyallara dalmaq, yenicə yağmış yağışın altında islanmaq insanı sanki yenidən doğulmuş kimi edir. Payızı sevirəm çünki, payız təbiətə çox yaraşır...Payız rəssamın hələ çəkmədiyi amma çəkmək arzusunda olduğu bir tablodur🍂🍁_
_İnsan uzun müddətli tənhalığa adət edir. Sonradan hər kəs bu tənhalığı pozsa, başlayır, o adama öyrəşməyə. Tənhalığa öyrəşmiş insan bəzən özünü güclü bilir, ağrılara, tənhalığa sinə gərəcəyini düşünür. Hər səhər açılanda yenə də tənha olduğunu görür və fəryad edir: "Mən güclüyəm, mən bütün bunlara dözəcəyəm!". Sakitləşdikdən sonra isə yavaşca öz-özünə pıçıldayır: "Mən artıq yorulmuşam..."._
_Gözəl niyyətli insan hər zaman gözəl düşünər. Gözəl düşünən insan isə hər baxdığında bir gözəllik görər. Ona görə kənarda gözəllik axtarmadan öncə öz niyyətinizə gözəllik qatın. Qəlbinizdə nə qədər gözəl niyyət varsa,önünüzdə də bir o qədər gözəl həyat var deməkdir.._