Dünyada pulnan alına bilinməyən şeylərdən biri səmimiyyətdir.
Çünki bəzən insanlar hörməti pulla ala bilirlər.
Amma səmimiyyət, hörmətdən fərqli olaraq cibdən yox qəlbdən gələn bir şeydir.
Ona görə də məqbul olunan hörmət səmimi olan hörmətdir.
Hörmətin isə yaşla heç bir əlaqəsi yoxdur.
Bir Azərbaycanlı olaraq bizim mentalitetimizdə də bizə verilən tərbiyədə var ki, yaşlılara, böyüklərə hörmət göstərək.
Cavanların yaşlılara qoyduğu hörmət, yaşlıların hörmət sahibi olmasından asılı deyil, cavanların tərbiyə sahibi olmağından dolayıdır.