Məni unutmasan arada yad et,
gülürəm yalandan
etibarsızam.
quruyub torpağım
bağsız, barsızam.
sənə deyəcəklər necə adamam,
necə vəfasızam, necə "arsızam".
mən yorğun adamam, bağışla, çıx get
çıx get,
nə qədər ki, saxlamamışam.
sən elə bilirsən bütün əzablar
keçir,
unudulur,
belə yaşanır?
sən elə bilirsən dolan ürəklər
şeirlə,
qəzəllə yaman boşalır?
sən elə bilirsən,
bütün sevənlər
qovuşub bir daha ayrılmayacaq?
elə bilirsən ki, günü bu gündən
həsrətdən tutuşub, qovrulmayacaq?
deyirəm, başını burax düzələr.
Gecəniz şeirə..🤍