Fatima

Yorğunam deyəcək sözüm qalmayıb, Nazını çəkməyə dözüm qalmayıb. Gözündə əzizim gözüm qalmayıb Çətin ki, geriyə dönə bilim mən. Silinir yavaşca toz olan izin, Artıq yollarına boylanmır gözüm. Bu son baxışıdır yorğun dənizin, Məndə də, onda da çözüm qalmayıb. Dolmuşam bir bulud şeir kimiyəm, Bitib-tükənməyən səbr kimiyəm. Əlimi hər şeydən üzən kimiyəm, Alışan qəlbimdə közüm qalmayıb.
Şiir