"Sonuncu ölən ümidlərdir"... Varisin oxuduğum ilk oldu. Kitabı mənə çəkən ən önəmlisi onun adı oldu. Kitabda iki gəncin Nailə və İlqarın imkansız məhəbbətindən və onların başına gələn hadisələrdən danışılır. Hər iki hissə təsirli oldu menim üçün. Sonun elə olmağını heç gözləmirdim. Nailə obrazından danışmaq istəyərəm. Onun başına gələnlər demək olar ki öz seçimi idi , yaxınların və yaşadıqlarının da rolu var amma məncə ən çox özü idi. Mənə elə gəlir ki insan nə olur olsun ilk öncə özün düşünməlidir. Nailənin amma özündən çox düşündüyü sevdikləri ən çox canından çox sevdiyi İlqar oldu ki, onun üçün məhz qatil oldu....
Təəssüf ki indi cəmiyyətimizdə Nailə kimi qızlarımız çoxdu. Mən onlara demək istəyirəm ki müvəqqəti şeylər üçün, ən çox da pul üçün özlərini fəda etməsinlər,bədənlərini satmasınlar, ruhlarını ləkələməsinlər. Bədən ağrısı gedər amma ruhun ağrısı bir ömür getməz... İçini yeyib bitirər...
Hər zaman ümidlə yaşayın....