Əli həmişə mənə deyirdi: "Mənim şəhid olduğumu eşidəndə necə reaksiya verməyin çox önəmlidir. Gərək Allaha sübut edəsən ki, Onu məndən çox sevirsən". Həmin gün bir neçə dəfə başımı divara söykəyib bir-birinin ardınca, "Əlhəmdülillah" dedim. Anam qorxdu ki, birdən halım pis olar. Mənə dedi ki, qızım, ağla, qışqır.
Lakin mən ağlaya bilmirdim, yalnız "Əlhəmdulillah" deyirdim. Dostlarımdan soruşdum ki, cəsədi qalır, yoxsa yox? Başlarının işarəsi ilə bildirdilər ki, qalır.
Dedim: "Xudaya, Sənə şükür! Deməli, onu bir də görə biləcəm".