Ruhunuzda alicənablıq hiss edin, onda görəcəksiz ki, doğruçu, etibarlı, dözümlü, səbirli, xoşxasiyyətsiniz, qeybət etmir, heç bir alçaq iş görmürsünüz.
İlahi! Sənin rəhmətinə möhtacam! İlahi! Sənin rəhmətinə ümidvaram; məni məyus eləmə! İlahi! Öz lütf və kərəminlə bu arzumu həyata keçir! İlahi! Öz rəhmətinlə günahlarımı bağışla. İlahi! Bizi Məhəmməd və Ali-Məhəmmədin (s) şəfaətindən binəsib etmə! İlahi! Öz rəhmətinlə günahlarımı bağışla və bu aciz bəndənə şəhadət səadəti bəxş elə! Çünki sən tükənməz mərhəmət sahibisən!
Həzrəti peyğəmbər(s) buyurub: " Meracda bəzi qadınların saçlarından asıldığını və alovdan olan şallaq ilə qamçılandığını gördüm."
Cəbrayıl(ə) dedi: "Onlar sənin ümmətinin saçlarını naməhrəmdən gizlətməyən qadınlarıdır."
Biharul-ənvar, c.14