Fatimə

Xudahafiz, dostum...
Qırmızı tablolar xəyalları ilə yuxuya getdim. Yuxuda, bir neçə nəfərin bəsic libasında İbrahim Hadi küçəsinin başında durduğunu gördüm. Qabağa gedib onlara yaxınlaşarkən yasəmən ətri burnuma doldu. İbrahim gülər üzlə hamıdan qabaqda dayanmışdı. Sevinclə öz tablosuna işarə edərək dostlarına nə isə deyirdi. Nə dediklərini eşidə bilməkdən ötrü qulaqlarımı şəklədim. Amma, birdən hamı kənara çəkildi və İbrahim məni gördü. Əlini qaldıraraq çağırdı: "Hadi!" Mehriban və fərəhverici səsinin məlahəti qulaqlarıma doldu. Sevinclə ürəkdən çağrışına cavab verdim, amma qəfildən yuxudan atılaraq ayıldım. Ətrafıma nəzər salandan sonra harda olduğumu anladım. Öz-özümə dedim: Kaş İbrahim və dostlarının yanında qalaydım. Onlar mənə "Xudahafiz, dostum" filmini xatırladırdılar.
Sayfa 58·Kitabı okudu
Şehit
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Həzrəti Zəhranın(s.ə) müsibəti...
Allah-təala da onu mənə yetirər. O, mənim Əhli-beytimdən qəmli, kədərli, haqqı qəsb olunmuş və öldürülmüş halda mənə yetişəcək ilk şəxsdir. Bu vaxt Allaha yalvarıb deyərəm: «İlahi, ona zülm edən şəxsləri öz rəhmətindən uzaq et. Onun haqqını qəsb edənləri cəzalandır. Onu kədərləndirənləri xar elə. Qızımı hamilə ikən zərbə ilə vurub uşağını hələ dünyaya gəlməmiş məhv edənləri isə əbədi olaraq cəhənnəm atəşinin sakini et.»
Sayfa 23·Kitabı okudu
Hz. Fatıma
İbrahim Hadi kimi olmaq...
Bu yaxınlarda Seyid Əli mənə çəfiyə vermişdi. Əlimi çəfiyəyə çəkərək Ebinin əhvalatını yadıma salıb mehriban tərzdə dedim: "Olsun qardaş, sənin sözünə güvənirəm. Əgər səhv məlumat verildiyini deyirsənsə, deməli səhv məlumat verilib. Amma, bir şey hiss eləsən, mənə xəbər elə! Doğurdan ha... Cümə axşamları Musa ibn Cəfər (ə) məscidində proqramlarımız var. Ürəyin istəsə bizə bir baş çək. Səni yenidən görməyimə sevinərəm".
Sayfa 32·Kitabı okudu
Ey kaş...
İbrahim, zahiri o qədər də xoş olmayan və hətta xoşagəlməz rəftara malik şəxslərlə dostlaşırdı. Onları yavaş-yavaş özü ilə idmana və əzadarlıq heyətlərinə aparan İbrahim, tədricən bu kimi şəxslərin rəftarlarını da dəyişirdi. Bunu eşidəndən sonra, öz rəftarlarımdan utandım. Bir hadisəni yada salaraq həsrətlə dedim, ey kaş...
Sayfa 27·Kitabı okudu
Şehit
Fatimeyi Zəhra xanım (s.ə)
«Şəhadət verirəm ki, yeganə Allahdan başqa Allah yoxdur. Atam Allahın rəsulu, peyğəmbərlərin başçısıdır. Ərim övliyaların sərvəri və iki övladım isə behişt cavanlarının ağasıdır».
Sayfa 5·Kitabı okudu
Hz. Fatıma