Əslində, əvvəl insanlar müqəddəs olurlar, sonra əşyalar. Düşünürəm ki, insanlar, çox sadə, xeyirxah işlər gördüklərinə görə müqəddəs olurlar. Son dərəcə xeyirxah işlər desəm, daha doğru olar. Əgər çox xeyirxah iş görsən, elə bil ruhunda bir çıraq yandırmış olursan. Yenidən xeyirli bir əməl etsən, olur iki çıraq, üç çıraq, yüz çıraq, min çıraq. Məncə, Tacinin ruhunda min belə çilçıraq yanır. Tacini etdiklərinin təqribən hamısı xeyirxah işlərdir. Evdar qadınlar da belədir. Bunun üçün də, məncə, bütün evdar qadınlar müqəddəsdirlər.
"Mən sizə və bütün övladlarıma, əhlimə və bu vəsiyyətnamənin çatacağı hər bir kəsə təqvalı olub Allahdan qorxmağı, öz işində nəzmli (dəqiq) olmağı, iki nəfərin arasında sülh yaratmağı tövsiyə edirəm, çünki sizin cəddinizin belə buyurduğunu eşitdim: "Camaat arasında sülh yaratmaq bir illik oruc-namazdan əfzəldir."
"Amandır, yetimləri unutmayasınız! Məbada onlar bəzi vaxtlar ac, bəzi vaxtlar tox olalar! Məbada sizin hüzurunuzda, onlara baş çəkən bir adamın olmadığına görə (tələf olub) aradan gedələr!"
"Sizə tövsiyə edirəm ki, təqvalı olub Allahdan qorxasınız, dünya sizin sorağınıza gəlsə də, siz dünyanın ardınca getməyəsiniz; dünyada əlinizdən çıxan bir şey üçün təəssüflənməyin, haqq söz deyin və (ilahi) əcr və savab üçün iş görün, zalımların düşməni və məzlumların dostu, himayəçisi olun."