Buna görə də ər və arvad ilk söylədikləri yalanla müştərək həyatın kökünə zərbə vurmuş olurlar. Ola bilsin ki düz danışdıqlarına görə həyatlarında davalar, çətinliklər olacaq, amma belə olsa da, heç vaxt yalan yolda addımlamamalıdırlar; bu onların zərərinə olsa belə
Məktəbin son zəngi çalındı. Sinifdən çıxmaq istəmirdim. Atamın narahat üzü yadıma düşəndə başıma min cür fikir gəlirdi. Necə oldusa, evə yollandım.
Nəhayət, çatdım. Heç kimə yaxınlaşmadım, başqa bir otaqda büzüşüb oturdum. Mənimlə dalaşan atamın hirsli görkəmini təsəvvür edirdim.
Birdən gördüm ki, qapının ağzında dayanıb. Ona baxdım. Gülümsəyib yaxınlaşdı, başımı tumarladı və məni ayağa qaldırdı.
- Gəl, bu dəfə eybi yoxdur, inşallah, bundan sonra yaxşı dərs oxuyarsan.