Fatimə

Fatimə

, bir kitap okudu
Puan vermedi·137 syf.··
8 günde okudu
·
2023 15. kitabı
Ali Hamaney
8.3/10 · 9 okunma
Reklam
Bismilləhir Rahmənir Rahim
Puan vermedi·137 syf.··
2023 15. kitabı
·
8 günde okudu
·
Okunma: 02 Eylül 2023 21:02
Çox möhtəşəm kitab idi. Elə hissələr var idi ki bütün yerləri alıntı kimi paylaşmağım gəlirdi. Çox yaxşı olardı ki gənclər ailə həyatı qurmamışdan əvvəl bu kitabı oxusunlar. Amma ən çox valideynlərə tövsiyə edirəm, çünki bu günki cahil düşüncədən yaranmış qlobal problemlərin həlli və izahı burdadı. Buna aiddir: toy mərasimləri, mehr, cehiz və s.
Aile - Evlilik
Eşqin DoğuşuAli Hamaney · 20229 okunma
Gəlinlər, siz qoymayın!
Cehizləri ağırlaşdırmağa qoymayın, qızlar qoymasınlar. Gəlinlər, siz qoymayın! Əgər ata-analar istəsələr də, siz qoymayın. Bu qədər bahalı əşyalar nəyinizə lazımdır? Gəlin anaları cehiz alarkən əl saxlasınlar, çox ifrata varmasınlar, israfçılıq etməsinlər. Deməsinlər ki, misal üçün, qızımızdır, ürəyi sınar. Xeyr, qızlar yaxşıdırlar, qızlar istəmirlər. Biz əbəs yerə onların qəlbini belə məsələlərə sövq etməməliyik ki, hər bir qəşəng və lüks şey onlar üçün mütləq təmin olunsun.
Sayfa 128·Kitabı okudu
Aile - Evlilik
Qızın izzəti əxlaqladır, cehizlə deyil!
Çoxlu mehr və cehiz heç bir qızı xoşbəxt etmir, heç bir ailəni lazımi aramlığa, dincliyə və etimada çatdırmır. Bunlar həyatın artıq işləridir, baş ağrısından, zəhmət və problemdən başqa faydası yoxdur. Məbada gedib borc pul almaqla cehiz düzəldəsiniz! Məbada özünüzü zəhmətə salasınız! Məbada ailənizi zəhmətə salasınız! Məbada elə biləsiniz ki, qızınızın cehizi qonşunuzun, qohumunuzun qızının cehizindən az olsa, ayıb olar. Xeyr, bu ayıb deyil.
Sayfa 124·Kitabı okudu
Aile - Evlilik
Bəziləri deyirlər ki, biz talağın qarşısını almaq üçün mehri ağırlaşdırırıq. Bu çox böyük səhvdir. Heç bir ağır mehr talağa mane olmur və olmamışdır. Talağa mane olan amil əxlaq və rəftardır, İslam meyarlarına riayət etməkdir.
Sayfa 121·Kitabı okudu
Aile - Evlilik