Fatimə

Bu misalı dedim ki, xüsusi insan qrupunun mənasının hansısa libas sahibi olmadığını biləsiniz. Kişi də ola bilər, qadın da; təhsilli də ola bilər, təhsilsiz də; sərvətli olması da mümkündür, yoxsul olması da; dövlət idarələrində xidmət göstərən insan olması da mümkündür, tağutun müxaliflərindən olması da. Xüsusi insanlar qrupu dedikdə (bunun da yaxşısı və pisi var) o şəxsləri nəzərdə tuturuq ki, bir iş görmək istəyəndə, bir mövqe bildirəndə, bir yol seçəndə, bunu fikir və təhlil əsasında edirlər. Dərk edirlər, qərar verirlər və iş görürlər. Bunlar xüsusi insanlardırlar. Bunun qarşı tərəfi adidir. Adi odur ki, şərait bir tərəfə yönəldikdə, onlar da onun ardınca gedirlər və təhlil qabiliyyətləri yoxdur. Bir dəfə xalq deyir “yaşasın”, bu da baxıb deyir ki, “yaşasın”; bir dəfə xalq deyir ki, “ölüm olsun” bu da baxıb deyir ki, “ölüm olsun”; bir şəraitdə, buraya gəlir, başqa şəraitdə oraya gedir.
Sayfa 7·Kitabı okudu
Alıntı
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Deməli, cəmiyyəti xüsusi və adi insanlara bölmək olar. İndi diqqət edin, xüsusi və adi insanlar barəsində bir məqamı deyim və bunlar bir-biri ilə səhv salınmasın. Xüsusi insanlar kimlərdir? Xüsusi bir təbəqədirlərmi? Cavab mənfidir. Çünki xüsusi insanların arasında savadlı adamlarla yanaşı savadsız adamlar da var. Bəzən biri savadsızdır, lakin xüsusi qrupdandır. Yəni dərs oxumasa, məktəbə getməsə, diplomu olmasa, ruhani libası geyinməsə belə, nə etdiyini anlayır, qərar çıxarıb iş görür, hadisələrə dair baxışı var. İnqilabın qələbəsindən bir qədər öncə mən İranşəhrdə sürgündə idim. Qonşu rayonların birində bir neçə tanışımız vardı. Bunların biri sürücü idi, biri azad peşə ilə məşğul idi, sözün xüsusi mənasında elm və mədəniyyət adamı deyildilər. İlk baxışda onlar adi görünürdülər. Buna baxmayaraq xüsusi insanlar qrupundan idilər. Onlar bizi görmək üçün tez-tez İranşəhrə gəlir və şəhərlərindəki ruhani ilə söhbətlərindən danışırdılar. Şəhərlərinin ruhanisi yaxşı insan idi, lakin adi qrupundan idi. Diqqət yetirirsiniz? Kompressor maşinisti xüsusi insanlar qrupundan, möhtərəm ruhani, camaat imamı isə adi insanlar qrupundan idi. Misal üçün, o ruhani deyirdi ki, nə üçün Peyğəmbərin (s) adı gələndə bir salavat, ağanın adı gələndə isə üç salavat deyirsiniz? Bunu anlamırdı. Sürücü ona cavab verirdi ki, əgər mübarizəmiz bitsə, İslam qalib gəlsə, inqilab zəfər çalsa, biz nəinki üç salavat, heç bir salavat da deməyəcəyik. Bu gün bu üç salavat mübarizədir. Sürücü dərk edirdi, ruhani isə dərk etmirdi.
Sayfa 6·Kitabı okudu
Alıntı
ŞƏHADƏT GÜNƏŞİ (Seyid Əli Xameneinin çıxışlarından)
Hüseyn ibn Əli (ә) bugünkü dünyada ötәn әsrlәrә nisbәtәn daha artıq tanınmışdır. Hazırkı dövrün vәziyyәti elәdir ki, onun qәrәzsiz mütәfәkkirlәri vә ziyalıları İslam tarixinә baxıb Şәhidlәr ağasını görür vә ona tәzim göstәrirlәr. Hәtta İslamı tanımayanlar da azadlıq, әdalәt, izzәt, ucalıq vә uca insani 62 dәyәrlәr prizmasından baxır vә İmam Hüseyni (ә) özünün azadlıq istәyindә, әdalәt istәyindә, pisliklәrә, çirkinliklәrә qarşı mübarizәsindә, insan cәhalәti vә zәbunluğu ilә vuruşmasında öz imam vә rәhbәrlәri görürlәr.
Alıntı
ŞƏHADƏT GÜNƏŞİ (Seyid Əli Xameneinin çıxışlarından)
İmam Hüseynin (ә) işi bir iynә ucu qәdәr dә qatqısı olmayan işlәrdәndir. Mәhz buna görә, bu xalis mәhsul indiyәdәk qalmış vә әbәdi olaraq qalacaqdır. Bu qrup o sәhrada qәrib şәkildә öldürüldükdәn, bәdәnlәri orada dәfn olunduqdan, onların әleyhinә bu qәdәr tәbliğat aparıldıqdan vә tar-mar edildikdәn sonra, şәhid olduqdan sonra, Mәdinә şәhәrinә od vurub - Hәrrә hadisәsi sonrakı ildә baş verdi - bu gülüstanı alt-üst vә onun güllәrini lәçәk-lәçәk etdikdәn sonra kim inanardı ki, bir dә kimsә bu gülüstandan gülab әtri duyacaq?! Hәmin gülüstanın bir gülünün bu tәbiәt alәmindә qalması hansı tәbii qayda ilә uyğun gәlir?! Lakin siz görürsünüz ki, zaman ötdükcә o gülüstanın әtri dünyaya daha çox yayılır. Peyğәmbәrin (s) Hüseyn ibn Əlinin (ә) babası olduğunu vә onun öz babasının yolunu davam etdirdiyini qәbul etmәyәn şәxslәr dә Hüseyni (ә) qәbul edirlәr; atası Əlini (ә) qәbul etmirlәr, lakin onu qәbul edirlәr; Allahı qәbul etmirlәr, Hüseyn ibn Əlinin (ә) Allahını qәbul etmirlәr, lakin Hüseyn ibn Əlinin (ә) qarşısında hörmәt bildirirlәr. Bu sözügedәn ixlasın nәticәsidir.
Alıntı
ŞƏHADƏT GÜNƏŞİ (Seyid Əli Xameneinin çıxışlarından)
İşin әzәmәti bu idi ki, İmam Hüseyn (ә) tәcavüzkar vә iddialı bir dünya qarşısında qorxuya düşmәdi. Halbuki adi insanlar qorxurlar; adi olmayan insanlar da qorxurlar. Mәdinәdә çoxlu sәhabәlәr vardı, qeyrәtli insanlar vardı. Elә bilmәyin ki, onların qeyrәti yox idi. Onlar sonrakı ildә Hәrrә hadisәsindә Mәdinәyә hücum edib hamını qәtlә yetirәn Müslim ibn Üqbәnin hücumu qarşısında dayandılar, vuruşdular, mübarizә apardılar. Elә bilmәyin ki, qorxaq idilәr. Xeyr, döyüşkәn vә qorxmaz idilәr.Amma müharibә meydanına girmәk şücaәti bir şeydir, bir dünya ilә qarşı-qarşıya gәlmәk şücaәti başqa bir şeydir. İmam Hüseyn (ә) ikincisini etdi.