Fatimə

Kəhrəba (Seyid Əli Xameneinin çıxışlarından)
İmam Hüseyn (ә) әbәdi olaraq haqq bayrağı kimi qalmalıdır. Haqq bayrağı batil sırasında dayana bilmәz, batilin rәngini götürә bilmәz. Buna görә İmam Hüseyn (ә) buyurdu ki, zillәt bizdәn uzaqdır. İmam Hüseynin (ә) hәrәkәti izzәt hәrәkәti idi; yәni haqqın izzәti, dinin izzәti, imamәtin izzәti, Peyğәmbәrin (s) tәqdim etdiyi yolun izzәti. İmam Hüseyn (ә) başucalığının tәrәnnümü idi, möhkәm dayandığından fәxrә dә sәbәb oldu. Bu, Hüseyn (ә) izzәti vә fәxridir. Bir zaman bir şәxs bir söz deyir; sözü demiş vә mәqsәdinә nail olmuşdur. Lakin o sözün üstündә durmur vә geri çәkilir. Bu daha fәxr edә bilmәz. Fәxr sözünün üstündә duran, ucaltdığı bayrağı tufanların mәhv etmәsinә vә yatırmasına qoymayan insana, xalqa vә qrupa mәxsusdur. İmam Hüseyn (ә) bu bayrağı möhkәm saxladı, әzizlәrinin şәhidliyinә vә şәrәfli ailәsinin әsirliyinә qәdәr getdi. Bir inqilabi hәrәkәtdә izzәt vә iftixar da budur.
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Kəhrəba (Seyid Əli Xameneinin çıxışlarından)
İmam Hüseynin (ә) mәğlub olduğunu düşünmәk sәhvdir. Öldürülmәk mәğlub olmaq deyil. Müharibәdә öldürülәn şәxs mәğlub sayılmır, öz mәqsәdinә çatmayan şәxs mәğlub sayılır. İmam Hüseynin (ә) düşmәnlәrinin mәqsәdi İslamı vә Peyğәmbәrin (s) yadigarlarını yer üzündәn silmәk idi. Onlar mәğlub oldular; çünki belә olmadı. İmam Hüseynin (ә) mәqsәdi isә İslam düşmәnlәrinin hәr yeri istәdiklәri rәngә boyamaqdan ibarәt olan yekdil proqramını iflasa uğratmaq, İslamın, onun mәzlumluq vә haqlılıq nidasının hәr yerdә ucalması vә nәhayәt İslam düşmәninin mәğlub olması idi. Vә belә dә oldu. İmam Hüseyn (ә) hәm qısa müddәt üçün qalib oldu, hәm dә uzun müddәt üçün.
Alıntı

Fatimə

, bir kitap okudu
Puan vermedi·133 syf.·
9 günde okudu
·
2023 7. kitabı
Xilafət və imamətin digər mühim bir şərti dünyanın maddi həyatına, dünya malına etinasızlıq - zahidlikdir. Çünki cəmiyyətin rəhbəri dünyaya bağlı adam olarsa, bu pəncərədən nüfuz edib onu haqq yolunda azdırmaq olar. Görəsən, bütün İslam ümmətinin içərisində zahidlikdə imam Əliyə (ə) çatan ikinci bir şəxs varmı?! O Əli (ə) ki, heç zaman özü üçün sərvət toplamadı, dəbdəbəli ev tikmədi. Paltarı xidmətçinin paltarı qədər sadə, yeməyi ən fəqir adamın yeməyilə eyni idi.
Sayfa 118·Kitabı okudu
Alıntı
Siz bu hadisəyə adi hal kimi deyil, siyasi bir proses kimi baxmalısız. Bu hadisənin arxasında başqa hansı hadisənin yatdığını hesablayın! Mənim bütün narahatçılığım buna görədi. Düşünməyin ki, mənim kimi haqqı pozulan birisini müdafiə etməyinizlə İslam cəmiyyətində bir dəlik icad olacaq. Əksinə, sizin seyirçi mövqeyi tutmağınız hər bir şeyi sual altına qoyacaq. Əgər desəniz ki, qüdrətimiz yoxdur, yalandır! Çünki əvvəldən sizin əlinizdə geniş imkanlar olub və indi də var. Elə isə Quranın << Əhdini sındıranlarla vuruşun!>> məzmunlu ayələrini niyə xatırlamırsınız?! Allahdan qorxmaq əvəzinə niyə onlardan qorxursunuz?!
Sayfa 108·Kitabı okudu
Alıntı