Abdulzada Fatima Mammadova

Abdulzada Fatima Mammadova
@Fatimart
Lawyer
ADA University / BAU
Baku / İstanbul
Azerbaijan, 21 Ocak 2002
60 okur puanı
Temmuz 2019 tarihinde katıldı
Kelpurniya dedi : - Qaranın biri qara, yaxın gəlmə! Lula ayaq saxladı. O, dedi : - Ağ uşaqları bura gətirməyin mənası yoxdur. Onların öz kilsəsi var, bizim öz kilsəmiz. Miss Kel, düz demirəm, bura bizim kilsədir? Kelpurniya dedi : - Allah isə birdir, düz demirəm?
Sayfa 152·Kitabı okudu
Etimoloji Defteri
Mücellit Nedir ?
Cim qışqırıb dedi : - Özünü qız kimi aparmağı öyrən! Vaxtdır! Məni ağlamaq tutdu, Kelpurniyanın yanına qaçdım. O sözə başladı : - Mister Cimə görə qanını çox da qaraltma. - Mis-te-r?! - Hə, onun mister olmağına çox az qalıb.
Sayfa 147·Kitabı okudu
İgidlik ona deyərəm ki, insan əvvəlcədən işi uduzduğunu bilsə də, o, işi boynuna götürür. Həyatda hər nə olursa-olsun, öz yolu ilə axıracan addımlayır. Əlbəttə, çox nadir hallarda qalib gəlir, amma hər halda gəlir.
Sayfa 146·Kitabı okudu
...ağlına elə gəlməsin ki, insan ancaq əlində tüfəng olanda qoçaqlıq göstərə bilər.
Sayfa 146·Kitabı okudu
- Elə bil o mənə fırtıqlı, ya da buna bənzər bir söz dedi. Attikus dedi : - Bilirsən, İtigöz, "qaraları əzizləyən" sözü, "fırtıqlı" kimi mənasız sözdür. Bunu sənə nə cür başa salım. Cahil, alçaq adamlar zəncilərə yaxşı, həddindən artıq yaxşı münasibət bəsləyənlərə belə deyirlər. Sənlə mənə belə deyirlər. Kobud, ürəyimizə toxunan ləqəb fikirləşib tapıblar.
Sayfa 142·Kitabı okudu