Artıq bu, ciddi siqnal idi. Lakin bir çox başqa yerlərdə olduğu kimi, Kaliforniyada da heç kəs narahat deyildi. Biz arxayın idik ki, əvvəllər olduğu kimi, bu dəfə də bakterioloqlar mikroba qalib gəlmək üçün bir yol tapacaqlar.
Ola bilsin ki, həyat özü Soldervetskinin
adlandırdığı kimi, "sonsuz məhsuldarlıq" (abysmal fecundity) aləmindən gəlir. Soldervetski özü də bu sözü başqalarının kitablarından götürüb.