Fərid Ələkbərli

Fərid Ələkbərli
@Ferid_Akber
Tələbə
Ali
Bakı, Azərbaycan
Gəncə, Azərbaycan, 12 Ocak
4 okur puanı
Eylül 2017 tarihinde katıldı
Kitabın tərtibi və eşq haqqında bir neçə söz
Eşqin qulu ol ki, doğru yol budur, Ariflət yanında, bil, eşq uludur. Bu dünya eşqdir, qalan fırıldaq, Eşqdən başqa şey boş bir oyuncaq. Eşqsiz oısaydı xilqətin canı, Dirilik sarmazdı böyük cahanı.
Reklam
Kitabın tərtibi və eşq haqqında bir neçə söz
Sözündə çoxluğa qoyma yer olsun, Birim yüz olmasın, yüzün bir olsun. Su artıb həddini aşarsa əgər, İçəni doydurmaz, mütləq qərq edər. Bədəndə həddindən artıq olsa qan, Neştərlə tökərlər onu damardan. Az danış, desinlər sözündə güc var, Çox sözü dinləyən az nöqsan tutar. Çox söyləmək bəlkə sənə asandır, "Çox oldu" desələr böyük nöqsandır.
Kitabın tərtibi və eşq haqqında bir neçə söz
Polad kimi bərkit qızıl sözü sən, Salsın söz sikkəsi pulu qiymətdən. Dəmirçi kimi bərkit qızıl sözü sən, Sonra cilalandır, gün kimi parlat. Boş, mənasız sözlər kimə gərəkdir? Kim belə sözləri dinləyəcəkdir? Sözü nəzmə çəkmək asandır, asan. Gərək söz üstündə sən can qoyasan.
LVIII fəsil
Əgər kardinallar da öz növbələrində apostolların yerinə gəldikləri və onlara oxşar həyat sürməli olduqları haqda düşünsəydilər? Əgər ağıllarına gəlsəydi ki, onlar ruhani sərvətlərin sahibi deyil, yalnızca idarəediciləridir və tez və ya gec hər bir şey haqda ciddi hesabat verməli olacaqlar? Öz libaslarının ayrı-ayrı hissələrinin mənası haqda düşünsəydilər?
LXI fəsil
Əgər söhbət var-dövlət yığımından gedirsə, müdriklik təlqinlərinə riayət edən tacir hanı gəliri əldə edə biləcək? Axı o, yalançı vədlər verməkdən çəkinir, onun yalanını ifşa edəndə qızarır, müdriklərin haqqında boş-boş danışdığı oğurluq və sələmçilik haqda bütün cüzi şeylərə əhəmiyyət verir.
Reklam