Fidan Hasanli

Fidan Hasanli
@Fhasanli
ADA university
Baku, Azerbaijan, 2002
26 okur puanı
Şubat 2022 tarihinde katıldı
“Ancak onlar duydu herbir kelimesini”
8/10
·352 syf.··
2023 7. kitabı
Kitab axıcı bir süjet xəttinə malik idi. Bəzi kitab analizlərində ortalarına doğru müəyyən hissənin sıxıcı olduğunu oxumuşdum, amma mənim təəssüratlarım bu yöndə deyil. Kitabdakı əsas obraz olan Samantha OKB-ə sahib idi. Yazıçının bu mövzuda toxunduğu həssas nöqtələr oxuyucunun bununla mübarizə aparan bir insanla empatiya qura bilmək bacarığını atırır. Kitabın təxminən son 70-80 səhifəsi pik idi deyə bilərəm. Digər oxuyucular kimi gözyaşlarıma boğulmasam da etiraf etməliyəm ki, son səhifələr məni həm çox təccübləndirdi, həm kədərləndirdi, həm də gülümsətdi. Yəni, insana bir çox müxtəlif növ duyğuları ötürən kitablardan biridir. Zaman itkisinə səbəb olmayacaq və oxuyub bitirdikdən sonra da ağılda qalacaq bir kitabdır deyə düşünürəm.
Şiirimin Her KelimesiTamara Ireland Stone · Pegasus Yayınları · 20201,289 okunma