Soyuq qış axşamında yol ilə gedirdi.
“Yolçu yolunda gərək”.
Hərdən soyuqda ünvansız gəzməyi sevir, Bakının küləyi yanağını buz kimi kəsdikcə, fikri dağılırdı.
İstədiyi də bu idi. İnsanın fikri ona əziyyət verirsə, fiziki əzab fikrini dağıtmağa kömək edir.
Elə məhz buna görə ayazda gəzməyi daha çox sevirdi. Gözləri üşüyür, beyni bədəninin ən çox hansı tərəfinin üşüdüyünə fokuslanmışdı. Artıq düşündüyü müdafiə mexanizmi idi. Əziyyət çəkən bədəni üzərinə düşünmək xoşuna gəlirdi, belə qənaətə gəlmişdi ki, düşünməyi saxlaya bilməz, ancaq nəyi düşünməyi seçə bilərdi.
Elə məhz buna görə soyuq havada uzunca gəzməyi sevirdi. Çünki bu ona seçmək imkanı vermişdi