Fidan

Fidan
@Fidanisme
Öğrenci
İstanbul Üniversitesi | İktisat Fakültesi
16 okur puanı
Nisan 2020 tarihinde katıldı
10/10
·1808 syf.··
2021 9. kitabı
·
32 günde okudu
·
Okunma: 23 Nisan 2021 20:47
27 aprel. Ədəbi dünya sərhədləri daxilində öz varlığımı tapdıqdan sonra dillər əzbəri olan bir əsəri nəhayət ki bitirdim. Oxuduğum yaxşı və ya pis heç bir əsərin sonunu sevmədim. Çünki hər sonun daxilində mütləq bir kədər vardır. Hərb və sülh. Nə qədəri hərb, nə qədəri sülh? Mən elə düşünürəm ki, Tolstoy əsərin adını sadəcə Napoleon və I Aleksandr öndərliyi ilə baş verən sıralı müharibələrə şamil etmirdi. Hər bir şəxsə çoxdan məlum olan lakin əksəriyyətin görmək istəmədiyi bir düşüncəni ötürür.. Hərb və sülh təkcə, beynəlxalq qanunlara görə bir kişini öldürdüyün zaman cinayətkar, min kişini öldürdüyün zaman isə buna müharibə adını verən ölkələr arasında sirayət etmirdi. Hərb və sülh insanlığın daxili mənəviyyatında idi. Dirijorluğunu etdiyimiz, adına həyat dediyimiz bu operada şübhəsiz ki, sayısız müharibə sədalarını eşidəcəkdik.. Ruhumuz daimi bir şəkildə Hərb, mübarizə içindədir və bu son pillə olan ölümə qədər davam edəcəkdir yəni Sülh ancaq ölümlə həqiqət dərəcəsinə yüksələ bilər. Əsərdə mənim sevimli obrazım knyaz Andreyin müharibə zamanı yaralanmış halda səmaya baxdığı, həyat adlı operanın melodiyalarının susduğu an Sülhün ən böyük işarətlərindən biri idi. Lakin o müthiş anda Andrey Sülhə qovuşmadı çünki operanın ikinci pərdəsi başlayacaqdı.. Əgər yaşamaq Hərb, ölmək Sülh idisə varlığımızın bu həyatdaki mənası nə idi? Niyə biz Hərb vəziyyətinə gözlərimizi açırıq? Dini cəhətdən analiz etdiyimizdə görürük ki, Allah bizi müharibənin daxilinə göndərir və sonsuz sülhü sadəcə onun hüzurunu dadacağımız ana bağlayır. Necə də möhtəşəm! Məhz buna görə, Tolstoy bu əsərini bitirdikdən sonra depressiyaya düşərək, varlıq anlayışını Xristian dini konsepsiyasında axtarmışdır. Həyati nəticəsinə baxdığımız zaman isə, buna nail olmadığı həqiqəti ilə üzləşirik. Hüzur içində Sülhü
Savaş ve Barış (2 Cilt Takım)Lev Tolstoy · Türkiye İş Bankası Kültür Yayınları · 202125,9bin okunma
Reklam
Puan vermedi·617 syf.··
2021 5. kitabı
·
27 saatte okudu
·
Okunma: 28 Şubat 2021 19:20
27 fevral saat 23:25 Uzun zamandır oxumağa can atdığım əsəri nəhayət ki bitirdim. Ştolçun son sözləri, düşüncəli bir insan kimi, zehnimin divarları arasında durmadan bir irəli bir geri alqoritmasında hərəkət etməkdəydi. Oblomovluq.. Salt təmbəllik olaraq adlandıra bilərdikmi? Yoxsa qurulu bir rejimə qarşı bilinçli hərəkətsizlik? Oblomovluq elə bir termindir ki, altında hər bir mənanı daşıya bilər. Ən azından mənim düşüncəmə görə belədir. İnsan qarşısına bir güzgü qoyub hətta özünü belə sorğulama ehtimalı var. Bu əsəri Tolstoyun da dediyi kimi, dəhşət içərisində oxudum. Oblomov və Ştolç üzərindən Gregorun X və Y nəzəriyyəsini dəyərləndirə bilərik. X nəzəriyyəsinə görə, insan işləməyi sevməz sadəcə məcburiyyət qarşısında hər hansı bir hərəkət halına keçə bilər. Y nəzəriyyəsi isə antonim rolundadır: insan bir əngəl ilə qarşılaşmadığı müddətcə daima zehinsəl və ya fiziksəl olaraq işləməlidir. Necə də baş qəhrəmanlarımıza bənzəyir bu iki nəzəriyyə! Qəhrəmanlarımızın uşaqlıqdaki yaşam tərzi fərqliliklərini də göz önünə gətirdiyimiz zaman həqiqətən bizə məlum olur ki, tərbiyə necə də insan həyatında böyük rol oynayır. Hər şey uşaqlıqdan gəlir ifadəsi ilə razıyam. Psixologiya da bu fikri dəstəkləyir. Niyə məhz PDR həkimləri insandan insana dəyişən lakin qlobal statiskaya görə travmaları, problemləri vəs. həll yolunu daha çox uşaqlıq dövrlərində yaşanılanları analiz etməklə anlamağa çalışırlar? Necə bir şəkildə formalaşdığımız bir-biri ardınca ötən illərə sirayət edəcəkdir. İlya İliç Oblomov! Həqiqətən də sən mənim üçün çox başqa bir qəhrəman oldun. Mən səndə Raskolnikovun həyəcanını, Alyoşanın saf təmiz qəlbini duydum. Bəzən məni eynən Bazarov kimi əsəbləşdirdin. Mən ümid edirdim, bir gün səni həqiqi Oblomovkada, Andreyin çox əsəbləşdiyi və qınadığı o həyatda görməyə. Səni heç
Düşünce
Oblomovİvan Gonçarov · İletişim Yayınları · 201949,8bin okunma