"O qədər xoşbəxtəm ki, doktor Rəsul. Bu qədər hərtərəfli xoşbəxtlik qorxudur məni". Mən səbəbini soruşdum. O da dedi, "Ancaq nəyinisə əlindən almaq istəyəndə sənə bu qədər xoşbəxt olmağa icazə verirlər".
Əvəzində bir gün yuxudan durub, bütün mebelin yerini dəyişdiyini, doğma künclərin də özgə göründüyünü aşkarlayan birisi kimi hiss edirdim özümü. Özünü itirmiş adam indi ətrafında baş verənləri yenidən dəyərləndirməli, öz yerini tapmalı idi