Flower reads

Flower reads
@Flowerreads
Puan vermedi·104 syf.··
2019 1. kitabı
Uşaqlar üçün "ata" fiquru çox vacibdir. Ata onlar üçün qəhrəman deməkdir. Bu kitabın gəm yazarı həm də baş qəhrəmanı elə Franz Kafkanın özüdür. Kitab avto bioqrafik roman ilə yanaşı deyərdim ki eyni zamanda psixoloji romanda təsirini bağışlayır ən azından mənim üçün elə oldu. Bu kitabı oxuduğum da çıxartdığım nəticə əslində ailənin insanların həyatına olan təsirinin nə dərəcədə güclü və təsirli olduğu oldu. Nəinki kiçik yaşlarda hətta yaşa dolduqca belə bu təsirin keçmədiyini gpstərdi Kafka. Əsər də Kafkanın atasına yazdığı uzun üsyan dolu məktub yer alır. Bəli üsyan dolu kitabda üsyan, fəryad edən bir övlad var hansı ki atası ilə münasibətləri heç cürə düzəlməyən, təkcə ehtiyacı maddiyyat olmayan mənəvi dəyərlərə üstünlük verən atası tərəfindən tərifə dəstəyə ehtiyac duyan bir övlad. Bəli Hermann Kafka çox pis ata deyil, amma atalıq sadəcə övladlarının maddi ehtiyaclarını qarşılamaq deyil. Ola bilsin atası nə etsə də Kafka yenədə güclü biri olmayacaqdır amma ən azından psixoloji cəhətdən bu qədər zəif olmayacaqdır.
Edebiyat
Babaya MektupFranz Kafka · Öteki Yayınevi · 201653,9bin okunma
Reklam
10/10
·173 syf.··
Beğendi
·
2019 2. kitabı
·
8 günde okudu
·
Okunma: 18 Ocak 2019 20:16
Bugün sizinlə Hədəf nəşriyyatının Xatirə Ədəbiyyatı seriyasının 6-cı kitabı olan Müşfiqli Günlər kitabı haqqında olan fikirlərimi bölüşmək istəyirəm. Deməli kitab mərhum şairimiz Mikayıl Müşfiqin xanımı Dilbər Axundzadənin Mikayıl Müşfiq ilə olan xatirələrindən bəhs edir. Kitab çox gözəl saf təmiz məhəbbət və hörmət öz əksini tapır. Kitabda həmçinin o dövrün digər əvəz olunmaz şairləri, yazıçılarından da xatirələr yer alır. O zamanlar hamısı müəllimlik fəaliyyəti ilə məşğul olub. Bir anlıq təsəvvür edin ki həmin möhtəşəm şairlər ədəbiyyat müəlliminizdir necə də möhtəşəm səslənir elə deyilmi yəni Müşfiqin '' Yenə o bağ olaydı'', "Rəssam sevgilim şəkili çək'' və sairə digər şeirlərini kitablardan deyil məhz Mikayıl Müşfiqin öz səsindən eşidirsiz ahh. ️ Düzünü desəm bu kitabda nədənsə repressiya qurbanı olan zamanlardan daha çox xatirələr gözləyirdim. Amma yenədə kitab sadəcə olaraq möhtəşəmdir Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər xanıma olan sevgisi, hörməti, qayğısı insan da çox gözəl sözlə ifadə edilməyəcək dərəcə də möhtəşəm hisslər oyadır. Bir sözlə oxuyun və oxutdurun ️
Edebiyat
Müşfiqli GünlərDilbər Axundzadə · Xan Nəşriyyatı · 2019417 okunma