Çalış sevəndə elə sev ki, "gedək" deyəndə soruşmasın "hara?" Asılı hala salmağa çalışma, bu zəiflikdir. Özündən çox güvənməsin sənə, amma özü qədər inansın. Sənə möhtac olmasın, amma səndən zövq alsın. Ruhunu sərbəst burax, amma dayaq olmağı əsla buraxma. Bəsit olma və onun da bəsit olmasını gözləmə. Qəbul etməyi bacar, ancaq heç vaxt zorla qəbul etdirməyə çalışma. Ruhunu aç, amma heç vaxt təslim etmə.