Şöhrətpərəstlik bizi məhv edir... Ən məhrəm və iyrənc xəstəliklərimizdən belə şou yaradırıq. Əvvəllər heç kəsdə olmayıb deyə bədxassəli şişi ilə öyünən adamlar görmüşəm mən...
Özünü məhv etməkdənsə, bundan şou yaratmaq daha yaxşıdır. Bir də, nəhayətində həyat özü də şoudan başqa bir şey deyil.
Bir şeyi bilirəm ki, Habillər cəhənnəmi Qabillər üçün uydurublar, yoxsa öz uğurlarından ləzzət ala bilməyəcəkdilər. Özləri əzabdan uzaq ikən, başqalarının iztirablarını görməkdən həzz alırlar...
Eh! Sən elə bilirsən, xoşbəxtlər, lütf olunmuşlar, sevimlilər bu işdə günahsızdır? Onlar bu imtiyazı ləyaqətlə qazanmadıqları, Tanrı lütfünü utanıb gizlətmək yerinə onunla lovğalandıqları üçün günahkardırlar. Heç şübhəm yoxdur ki, Tanrıya qurban verdiyi qoyunların tüstüsünü Qabilə tərəf üfürərək Habil bilə-bilə öz sovqatını onun burnuna soxurdu. Özünü haqlı hesab edənlər, bunu nümayiş etdirməklə başqalarını alçaldan, lovğa insan olurlar. Bunu kimdənsə eşitmişdim: əxlaqlı birisindən daha rəzil insan yoxdur...