Xuakin, az əvvəl dediklərin mənim bu rəsmimdən, çəkdiyim və hətta çəkəcəyim bütün rəsmlərdən daha dəyərlidir... Sözlərin qəlbindən süzülüb gələn bir incəsənət əsəridir.
Milton Şeytana aşiq olduğu kimi, Abel də Qabilə aşiqdir, çünki heyran qalmaq aşiqliyin, aşiq olmaq isə yazığı gəldiyinin göstəricisidir... Biz Habilimizin sayəsində Qabilin günahını başa düşür, ona yazığımız gəlir və sevməyə başlayırıq.
Və həmin ölümsüz nifrətin ruhuma qovuşduğunu anlayırdım. Deyirdim ki, yəqin bu nifrət mən doğulmamışdan da əvvəl mövcud olub və ölümümdən sonra da yaşayacaq. O an əbədi nifrət etmək üçün əbədi yaşamaq fikri qəfil ürküdürdü məni. Cəhənnəm bu idi.