Fuad Ali

Fəqət düşünürəm ki, hörmət qazanmaq üçün qara camaatdan uzaq durmağı özünə rəva bilən hər kəs düşmənindən gizlənən qorxaqdır, çünki yenilməkdən çəkinir.
Sayfa 15 - Verter·Kitabı okudu
Alıntı
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Düzünü deyim, xatirələrlə ovunmaq ümidlərlə yaşamaqdan daha yaxşıdır. Çünki xatirələr yaxşı-pis artıq var, ümidlərimizin isə axırı necə olacaq bilinmir.
Sayfa 125 - Abel·Kitabı okudu
Alıntı
– Dostum, mən belə düşüncələrə yadam, nə bu yolda canını verməyə hazır olanları, nə də başqasının yerində olmaq istəyənləri başa düşürəm. Başqasının yerində olmaq şəxsiyyətindən, özündən vaz keçməkdir. Bu da varlığından imtina etməkdir.
Sayfa 117 - Xuakin·Kitabı okudu
Alıntı
İnsan peşman olsa da, yenidən günaha batır və bir də peşman olur; günaha batanda peşman olacağını, peşmançılıq çəkəndə yenidən günah edəcəyini bilir, amma yenə də, həm günaha batır, həm də peşman olur.
Sayfa 94 - Federiko Kuadrado·Kitabı okudu
Alıntı
– Biz nəyə görə Müqəddəs Ana kilsəmizə gedəndə sözümüzü etiraflarla başlayıb tövbəylə bitiririk? Səbəb nədir, bilən varmı? – Bu da bir başqa cür murdarlıqdır! – deyə hakim onun sözünü kəsdi. – Murdarlıq yox, əksinə, dahiyanə sistemdir. Tövbə etmək daha rahat günah törətməyə şərait yaradır. Çünki əvvəlcədən bilirik ki, günahlarımız bağışlanacaq.
Sayfa 94 - Federiko Kuadradonun çıxışından·Kitabı okudu
Alıntı