Fuad Ali

Mən bir də salona nəzər saldım, ancaq bircə sifəti də seçə bilmədim. Yəqin ki, əvvəl mən bütün bu camaatın bura mənə tamaşa eləmək üçün yığışdığını başa düşməmişdim. Adətən adamlar mənə fikir vermirdilər və indi bütün bu çaxnaşmanın səbəbkarı olduğumu düşünmək çox qəribə idi.
Sayfa 86 - Cənab Merso·Kitabı okudu
Reklam
Haradasa oxumuşdum ki, uzun müddət həbsxanada qalmış adam zaman haqqında təsəvvürü itirir. Günlər yeknəsəq, adsız-ünvansız olmuşdu. Yalnız "dünən" və "sabah" sözləri hələ öz mənasını itirməmişdi.
Sayfa 84 - Cənab Merso·Kitabı okudu
Bax, elə o zaman başa düşdüm ki, əgər insan lap bircə gün yaşayıbsa, sonralar o, yüz il həbsxanada rahat oturub kefi istəyən qədər xatırlaya bilər və bu bir günün saysız-hesabsız xatirələri onu darıxmağa qoymaz.
Sayfa 83 - Cənab Merso·Kitabı okudu
Baş nəzarətçi mənimlə qadınlar barədə söhbət elədi, dedi ki, bütün məhbuslara hər şeydən artıq bu çatışmır. Dedim ki, məncə, adamlarla bu cür rəftar etmək ədəbsizlikdir. – Axı elə buna görə də sizi həbsxanaya salırlar,– dedi. – Necə yəni? – Bəs azadlıq elə o deməkdir də. Sizi isə azadlıqdan məhrum edirlər. Əvvəllər belə şeylər heç ağlıma da gəlmirdi. Çox müdrik fikirdir. Dedim: – Hə, elədir, yoxsa bu nə cəza olardı ki?!
Sayfa 82 - Baş nəzarətçi ilə Cənab Mersonun dialoqu·Kitabı okudu
Əvvəlcə o dedi ki, ümumi rəyə görə mən az danışan və adamayovuşmazam, bəs özüm bu barədə nə fikirləşirəm? Dedim: – Danışmağa söz tapmadığım üçün susuram.
Sayfa 71 - Cənab Merso·Kitabı okudu
Reklam