Unutma ki, zarafatla ciddiliyi fərqləndirmək çox asandır, amma sənin üçün qiymətli olan insanlarda, həyatının asılı olduğu insanlarda isə bunu fərqləndirmək asan deyildir.
Əgər mənə imkan verilsəydi, həvəslə, xeyirxahcasına, dostcasına ona izah etməyə çalışardım ki, mən heç zaman bir şey barədə təəssüf etməyi bacarmamışam. Məni həmişə irəlidə olan şeylər – bu günün və sabahın işləri məşğul edir. Lakin aydındır ki, səni müttəhimlər kürsüsündə oturdanda artıq heç kimlə bu tərzdə danışa bilməzsən. Mənim daha adamlarla dost kimi danışmağa, öz arzumu bildirməyə ixtiyarım yox idi.
Beləliklə, məni şüurlu adam sayırdılar. Lakin mən başa düşə bilmirdim ki, nə üçün adi adamlarda təqdir olunan bir şey müttəhimə qarşı amansız bir dəlilə çevrilməlidir.