Fuad Ali

Niyə görəsən, bütün böyük şəhərlərdə adamlar yalnız zərurət qarşısında deyil, həm də xüsusi bir meyil göstərərək şəhərin elə yerinə köçüb yaşamaq istəyirlər ki, orada nə bağ var, nə fəvvarə, yalnız çirk var, üfunət var, hər cür zir-zibil var?..
Sayfa 86 - Qanun nəşriyyatı·Kitabı okudu
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Xəstəlikmi cinayəti doğurur, ya cinayət özü, öz təbiətinə görə, həmişə bir növ xəstəliklə yanaşı meydana gəlir?
Sayfa 84 - Qanun nəşriyyatı·Kitabı okudu
Cinayət işlərkən caninin, bəlkə də bütün canilərin iradə və idrakları son dərəcə zəifləyir, bunun əvəzində onlarda çox qəribə uşaqcasına bir yüngülməcazlıq əmələ gəlir; bu da o zaman baş verir ki, cinayət işləyən adama idrak və ehtiyatkarlıq daha çox lazım olur.
Sayfa 84 - Qanun nəşriyyatı·Kitabı okudu
Onu öldür, onun pulunu götür – bu məqsədlə ki, sonra bu pula özünü bütün bəşəriyyətə, ümumi işə xidmət etməyə həsr edəsən! Sən necə bilirsən, xırdaca bir cinayəti minlərcə yaxşı iş yuyub aparmazmı? Bir həyatın əvəzinə çürüməkdən, dağılmaqdan xilas edilmiş minlərcə həyat. Bir ölən, onun əvəzində yüzlərcə diri qalan insan! – Bu ki adi bir hesabdır! Ümumi tərəzidə bu axmaq, bu bədxah, bu vərəm xəstəliyinə tutulmuş qarının axı nə çəkisi, nə əhəmiyyəti var? Onun əhəmiyyəti bir bitin, bir mətbəx qurdunun əhəmiyyətindən artıq deyil; hətta heç onlar qədər də deyil, çünki o qarı başqalarına ziyan yetirir.
Sayfa 78 - Qanun nəşriyyatı·Kitabı okudu
İnsan halsız olanda, gördüyü yuxular çox vaxt son dərəcə qabarıq, aydın və həyata uyğun olur. Bəzən bu yuxu olduqca dəhşətli bir şəkil alır, lakin baş verən əhvalatın əmələ gəldiyi şərait və hadisənin gedişi o dərəcə ağlasığan, o dərəcə incə, təfsilatlı olur, həm də bu təfsilatlar, bədii cəhətdən bütün hadisəyə, bu hadisənin dolğunluğuna o qədər uyğun olur ki, yuxu görən adam istər lap Puşkin, Turgenev kimi sənətkar olsun, oyaq olanda bu kimi şeyləri heç təsəvvür edə bilməz. Belə xəstə yuxular uzun zaman yadda qalır, əsəbləri pozulmuş və həyəcan keçirən adamlara qüvvətli təsir bağışlayır.
Sayfa 65 - Qanun nəşriyyatı·Kitabı okudu