Ah, biz belə şeylərdə, lazım olarsa, əxlaqi hisslərimizi də boğarıq, azadlığımızı, rahatlığımızı, hətta lap vicdanımızı, hər şeyimizi hərrac bazarına apararıq. Əlvida, həyat! Təki bizim sevdiyimiz adamlar xoşbəxt olsun! Bu hələ harasıdır! Hələ bir öz xüsusi ehkamlarımızı da uydurub yaradarıq, yezuitlərdən öyrənərik, müvəqqəti olsa da, öz-özümüzə təskinlik verərik, öz-özümüzü inandırarıq ki, belə də lazımdır, doğrudan da, yaxşı məqsəd üçün lazımdır!