Firuza Babazade

Firuza Babazade
@Fucibooks
People left but Allah is always with us
PT&Medical Rehabilitation
65 okur puanı
Ocak 2019 tarihinde katıldı
Puan vermedi·208 syf.··
2025 3. kitabı
Doğan Cüceloğlu – Evlənmədən Öncə kitabı haqqında şəxsi fikirlərim Demək olar ki, bu kitabın 80%-ni subay olduğum dövrdə, evlənmədən öncə oxudum, qalan 20%-ni isə artıq evləndikdən sonra tamamladım. Hal-hazırda çox şükür edirəm ki, gözəl və sağlam bir evliliyim var. Özümü bu mövzuda şanslı hiss edirəm. Bu kitabı oxuyacaq hər kəsə tövsiyəm odur ki, mütləq şəkildə Evlənmədən Öncə kitabını nişanlanmadan, hətta ciddi münasibət qurmağı düşündüyü andan etibarən oxusun. Kim ki sevgilidir və münasibətini evliliyə aparmağı düşünürsə, bu kitab ona çox dəyərli bir yol göstərici olacaq. Kitabda bir çox ailə nümunələri var – həm xoşbəxt, həm də bədbəxt ailə hekayələri üzərindən müəllif önəmli məqamları izah edir. Bu, oxucuya sanki bir laboratoriya təcrübəsi kimi təsir edir: müxtəlif ailə nümunələrindən öyrənir, düşünür və öz münasibətini bu nümunələrə əsaslanaraq qiymətləndirir. Mən də bu kitabdan bir çox dəyərli məqamlar öyrəndim və bəzi mövzularda aydınlanmalar yaşadım. Allah Doğan Cüceloğluya rəhmət eləsin. Bu kitabı evlənmədən öncə oxumağımın hazırkı xoşbəxt evliliyimdə müsbət təsiri olduğuna inanıram. Ümumiyyətlə, hesab edirəm ki, gənclər, nişanlı cütlüklər və evliliyə hazırlaşan hər kəs bu kimi kitabları oxuyaraq özlərini daha çox inkişaf etdirməli, münasibətlərini şüurlu şəkildə qurmalıdırlar. Xüsusilə indiki dövrdə boşanmaların sayının artdığı bir zamanda belə kitablar oxumaq, düşünmək və öyrənmək zəruridir. Doğan Cüceloğlu-nun da vurğuladığı kimi, xoşbəxt bir evlilik böyük bir uğurdur və bu uğur təsadüfi deyil – şüurlu zəhmət, əməklə, anlayışla və birlikdə inkişaf etməklə mümkündür. Eyni zamanda, müəllifin çox haqlı bir məqamı da var: Valideynlər övladlarının hansı məktəbdə oxumasına, təhsilinə çox önəm verirlər, amma gələcəkdə necə bir ailə başçısı olacağına, ailə
Evlenmeden ÖnceDoğan Cüceloğlu · Kronik Kitap · 20217,4bin okunma