Allahla görüşmək va haqqın hüzuruna getmək, ilahi mərifətə yol tapmış insanın ən böyük kamal və arzusudur. Onun üçün ən böyük ləzzət, Allah dərgahında özünü hazır görməsidir.
Çenninq deyir ki, Afrikanın ucqar ölkələri bizə yad olduğu kimi, bəzi insanlar da özlərinə yaddırlar. Onlar baxışlarını xarici aləmdən özlərinə doğru çevirməyi bacarmazlar. Daha doğrusu, maraqlarını ətrafda baş verənlərə elə yönəldiblər ki, varlıqlarını kəşf etmək üçün öz daxili aləmlərinə enməyə belə cəsarətləri çatmır. Nəticə isə göz qabağındadır: həyat tərsinə işləyir. Ətrafda baş verənlərə qapılaraq özünü idarə edə bilməyənlər küləkdə sovrulan xeyirsiz, gərəksiz yarpaq kimidirlər. Təcrübələrindən əldə etdikləri isə böyük bir heçlikdir. O qədər çox şeyə baxdıqları halda, əslində, heç bir yerə baxmadıqları üzə çıxır.