Uşaq yaşlarından dəfələrlə oxuduğum və hələ də eyni təsiri göstərən balacammm ☺ Balaca Kriskim🤍
İlk tanışlığım məktəb vaxtı "Sinifdən xaric oxu" zamanında olmuşdu. Bu gün belə eyni təsiri yaşadan bir kitabdır mənim üçün. Sanki hər yaşda bir anlam yüklənir. O zamanlar dənizdə susuzluqdan ölmək balaca oxucu üçün dəhşətli görünürdüsə, indi daha da dərinə gedir.
İşığın imperiyası, Rene Maqrit
Sürrealist üslubda işləyən Rene insanları düşünməyə vadar edən sirli rəsmləri ilə məşhurdur. 13 yaşı olanda anası gecə özünü çayda boğaraq intihar edir. Bu hadisə onun yaradıcılıq həyatına da təsirsiz ötüşməyib. Maqrit, təsvir etdiyi bu vəhdətlə insanları təəccübləndirəcəyinə və heyrətə gətirəcəyinə inanırdı. Və yanılmadı. "İşığın imperiyası"nın tam on altı versiyası məlumdur.
İlk baxışda ağaclar arasında adi iki mərtəbəli ev şəkli çox təbii, hətta hüzurverici təsir bağışlayır. Sakit bir gecədə evin sadəcə iki otağından ətrafa boylanan iki solğun işıq seli..Qalan pəncərələr bağlıdır. Evin qarşısında da tənha bir fənər..Axşam evə yorğun gələnlərin yoluna işıq saçmaq üçün keşik çəkir. Hər tərəfi məşum bir səssizlik bürüyüb. Fənərin işığından kənar qalan ağacları qaranlıq ağuşuna alıb. Bu ilk baxışda belədir. Gözünü qaldırıb yuxarı baxdıqda ziddiyyətlə qarşılaşırsan. İşıqlı səma. Buludlar Günəş şüalarında parıldayır. Aşağıda, yerdə gecə hökm sürdüyü halda, səmada gündüzdür. Gecə və gündüzün vəhdəti. Burada bir nüans da var. Gecədən bir pay işıqlı səmaya, nurlu səmadan bir pay zülmət gecəyə düşüb.
İşıqlı səmanın içinə girmiş zülmətə bürünmüş ağac və evin iki pəncərəsindən süzülərək gecənin qaranlığını yarmağa çalışan zəif işıq seli.. İnsan eynilə bu tablo kimidir. Özündə həm nur, həm də zülməti birləşdirib. İnsan yeganə canlıdır ki, zülmət pərdələrini yararaq nura doğru yüksələ bilər.
- Şon, niyə insanlara güvənmirsən? Yaxşı, birindən, ikisindən, üçündən xəyanət görmüş ola bilərsən, sən axı qəlbini bütün insanların üzünə bağlamısan.
- Etimad edirsən, sənə xəyanət edirlər. İnanırsan, aldadırlar. Yaşatmaq istəyirsən, sənin canına qıyırlar. Əlini yardım üçün uzadırsan, əlsiz qalırsan. Belə şəraitdə necə etimad edəsən, necə qəddar olmayasan?!
Abaddon, Rövşən Abdullaoğlu
31.05.2025
Bu kitabı 2022-ci ildən bəri alsam da oxumaq üçün tələsmirdim. Çünku önyarğı ilə yanaşıb fikirləşirdim ki, müasir ədəbiyyata maraqlı olan gənc oxucu kütləsi üçündür. Oxusam sıxılaram, yəni klassika sevən bu kitabdan nələrsə öyrənə bilməz. Amma yanıldım.
Psixoloji aspektdən çox faydalı kitab oldu. Dissosiativ şəxsiyyət pozğunluğu ilə tanış oldum. Əslində travmalarla dolu obrazların hər biri mənim üçün bir analiz oldu. Psixoloqlardan kimsə bu kitabı oxuyubsa, müzakirəsində mütləq iştirak etmək istərdim.
Əsər həmçinin, rəssam Rene Maqritin çox maraqlı və təzadlı əsəri ilə yadımda qaldı - gecə ilə gündüzün birləşməsini əks etdirən "İşığın imperiyası" əsəri.
Spoiler verməmək üçün ətraflı yazmıram. Lakin irlandlarla oxşar cəhətlərimiz də diqqətimi çəkdi. Ən azından hər iki xalqın emosional olduğu və tarix boyu mübarizə apardığı kimi ortaq nöqtələri var.
Və sonda bu kitabın da öyrədici tərəfləri olduğu üçün "Tövsiyəm" siyahısına əlavə edirəm. Xoş mütaliələr : )
AbaddonRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 2024766 okunma