-Özünü bu qədər çətinə salmamışdan qabaq kitabın səhifələrini islatmağı sınaqdan keçirtdin?
Hop Coşun ciddi olub-olmadığını yoxlamaq üçün diqqətlə onun üzünə baxdı. Nəzərlərini ondan çəkmədən Hop şəhadət barmağını dili ilə isladıb, kitabın səhifələrindən birinin kənarına sürtüb, burnunu həmin hissəyə yapışdırdı.
O, sanki həyatının ən gözəl anlarını xatırlayıb, gözlərini məmnuncasına yumdu və duyduğu o qoxunu içinə çəkdi. Hop üzünü anasının ovcuna qoyub yuxuya getdiyi o axşamların qoxusunu xatırladı.
Gülərkən Hopun dodaqlarının kənarında əmələ gələn və bu gənc oğlanın ağlını başından alan iki batıq izinin, həyatının qalan hissəsini iki mötərizə arasına alacağını Coş təsəvvürünə belə gətirməzdi.
Yaşadıqlarını insanlara nümayiş etdirmək, mənim düşüncəmə görə onlara həyatının gözəl olduğunu sübut etməyə çalışdığın anlamıma gəlir. Hər kəs kimi mənim də həyatım fərqlidir və yalnız mənə məxsusdur.