Məhəbbət! Lap möcüzədir bu məhəbbət! Təkcə gündəlik həyatın tutqun səması,rəngarəng göy qurşağı deyil, həm də dünyanın ən iyrənc şeylərini gözəllik donunda göstərir...Həm möcüzədir,həm də taleyin ən acı kinayəsi!
Bir dünyada ki,hər şey gəldi-gedərdi,bu gün tikdiyin sabah yerlə-yeksan olur,orada nə isə eləməyə dəyərmi? Yaxşısı budur ki,əl-ayağını boş qoyasan,həyat səni hara aparır gedəsən,gücünü qoruyub saxlayasan,çünki o,yeganə şeydir ki,əvəzi yoxdur.