Garayeva

Garayeva
@Garayeva
Şahsen ben insanları yargılamak yerine, onları anlamaya çalışmaktan zevk alıyorum.
Heç kimə inanma . Heç özünə də etibar etmə.Həqiqəti axtarma.Həqiqət özü gəlib səni tapacaq .
İnsan ve Duygular
Reklam
Dostoyevskinin və ya Volterin əsərlərində birisi deyir ki, əgər Allah olmasaydı, onu insanlar özü uydurub yaradardılar. Mən qəti surətdə əminəm ki, ölməzlik - əbədiyyət yoxdursa, böyük insan zəkası buna gec-tez nail olacaqdır.
Felsefe
Mark Avreli deyib ki, “ağrı - ağrı haqqında canlı bir təsəvvürdü. Bu təsəvvürü dəyişmək üçün iradənə güc ver, onu kənara at, şikayət eləmə - ağrı öz-özünə yox olar”. Bu, doğru fikirdir.
Əgər siz dərindən düşünsəniz, bizi həyəcana gətirən bütün xarici aləmin nə qədər boş, əhəmiyyətsiz olduğunu duyarsınız. Həyatı dərk etməyə çalışmaq lazımdır. Həqiqi nemət də məhz bu dərk etməkdir.
Maddələr mübadiləsi! Lakin bu ölməzlik surroqatı ilə özünə təsəlli vermək nə böyük bir qorxaqlıqdır! Təbiətdə baş verən şüursuz proseslər insan səfehliyindən də alçaqdır, çünki səfehlikdə, necə olsa, şüur və iradə var, proseslərdə isə heç nə yoxdur. Yalnız ölüm qarşısında qorxaqlığı qürur və ləyaqətindən çox olan bir qorxaq özünə təsəlli verə bilər ki, bir zaman onun bədəni otda, daşda, qurbağada yaşayacaqdır... Öz ölməzliyini maddələr mübadiləsində görmək-qiymətli və əziz bir skripka sındıqdan sonra, onun qabının parlaq gələcəyi olduğunu qabaqcadan xəbər vermək kimi çox qəribə bir şeydir
Reklam