Onu da bilirəm ki, müharibə qurtarandan sonra bilirsən Əfqanıstana necə lazım olacaqsan? Kişilərdən də çox lazım olacaqsan. Çünki, Leyla, qadını təhsil görməyən cəmiyyət heç bir uğur qazana bilməz. Heç nə əldə eləyə bilməz.
- Həmişəlik yadında saxla, qızım, şimal səmti göstərən kompasın əqrəbi kimi, kişilərin günahkar axtaran barmağı həmişə qadına tuşlanır. Hər şeydə. Heç vaxt yaddan çıxartma.