Baq, baq insan nə qədər aldanıyor?
Xayır, əsla bəni sən dinləmə dur!
"Ağla, həp ağla!" dedim, pək yanlış.
Ağlamaqdan nə çıqar sanki? Çalış!
Oluyor iştə hüququn pamal,
Çalış, öyrən, ara, bul, haqqını al!
Pərdeyi zülmət içindəm sıyrıl!
Qəhrəmanlar kibi qavğaya atıl!
Fəzlü irfanla mücəzzəh olaraq
Cəhli yıq, qəfləti yaq, iczi bıraq!
Kimsədən gözləmə yardım əsla;
Yalınız kəndinə kəndin ağla!