Hər kəsə salam. Uzun müddət sonra yenidən buradayam. Kürk mantolu Madonna əsərini uzun müddət öncə oxuyub bitirməyimə baxmayaraq burada qeyd etməmişdim. İstədim alıntıları və fikirlərimi qeyd edim.
Gələk kitab haqqında düşüncələrimə..
Kürk Mantolu Madonna mənim üçün bir hekayədən daha çox, insanın içində gizlətdiyi sevgi ehtiyacının, utancaqlığın, təkliyin və gecikmiş cəsarətin hekyəsidir deyərdim. Kitabı oxuyanda elə hiss etdim ki, Raif ilə birlikdə mən də illərin içində, içinə çəkilən bir ruhun qapılarını açıb keçmişinə girirəm.
Raif mənə göstərdi ki, insanın xarici görkəmi heç vaxt onun içindəki duyğu dərinliyinin göstəricisi deyil. Hər kəs üçün adi, cansız, səsiz bir adam kimi görünür, amma içində elə bir dünya var ki, heç kim görmür. Mənə görə Raifin ən böyük çatışmayan cəhəti sevməsi yox, sevgisini qorumağa gücünün çatmamasıdır.
Maria Puder mənim gözümə həm güclü, həm də tək qalmaqdan yorulmuş bir qadın kimi görünür. Onun sərtliyi əslində müdafiə mexanizmidir, çünki əvvəlki həyatında çox yaralanıb. Raifə yaxınlaşdıqca öz gücündən, sərtliyindən uzaqlaşır. Zatən bir qadın yalnız güvəndiyi kişiyə qarşı təslim olur.
Raiflə Maria arasındakı sevgi tamam başqadır. İnsan həyatda çox sevgilər görə bilər, amma onun ruhunu anlayan biri nadir tapılar.
Çoox sevdiyim bir cümlə var. "Həyatda bəzi insanlar gec tapılar, tez itirilər".
Məni ən çox yandıran hiss Raifin itirdikdən sonra ömür boyu içində daşıdığı peşmanlıq oldu. Peşmanlıq ondan ibarət deyildi ki, sevgi bitdi, yox. Əksinə peşmanlıq ondan ibarət idi ki, “Kaş ki daha cəsarətli olardım. Kaş ki qorxmasaydım. Kaş ki özümü bu qədər məhv etməsəydim.” Və bunu da bilirəm ki, bir insan yaşadığı müddətcə ən azı bir dəfə belə olsun kaş demişdir.
Həyat insanı ən çox gecikdiyi duyğulara görə cəzalandırır. Raifin ətrafındakı heç