Yalnız bir ideyaya qapılmış monomanial adamların bütün növləri ömrüm boyu məni rahat buraxmırdı, çünki özünü daha çox məhdudlaşdıranlar həm də daha çox sonsuzluğa yaxınlaşırlar; özlərini dünyadan açıq-aşkar təcrid etmiş belə adamlar, termitlər kimi, öz xüsusi maddiliklərində aləmin çox qəribə, həm də tamam təkrarsız, xırdalanmış obrazını yaradırlar...
Şahmat da sevgi kimidir, gərək mütləq tərəf-müqabilin olsun, mənimsə hələlik indiki anda gəmidə başqa şahmat həvəskarlarının olub-olmamasından qəti xəbərim yox idi...
Mənəvi düşkünlüyə, xalis dəliliyə urcah olmamaq üçün bu tərs fikirdən başqa çıxış yolum yox idi. Qorxunc vəziyyətim məni məcbur edirdi ki, ətrafımdakı dəhşətli heçliyin üzüntüsündən yaxa qurtarmaq üçün, heç olmasa, Ağ Mənlə Qara Mən arasında iki qütbə bölünüm...