Doğurdan da, sevinc və səadət insanı nə qədər gözəlləşdirir. Ürək necə də dərin bir məhəbbətlə çırpınır! Öz ürəyini mütləq başqa bir ürəklə birləşdirmək, hər şeyin şən və üzügülər olmağını istəyirsən. Bu sevinc nə qədər də yoluxucudur...
Bəli, biz bədbəxt olduğumuz zaman başqalarının da bədbəxtliyini dərindən hiss edirik; bu hissiyyat dağılmır, bəlkə bir yerə yığılıb daha da möhkəmlənir...
Sənin əlin soyuqdur. Mənim əlim isə isti, od kimidir. Nə üçün sən bunu hiss etmirsən, Nastenka?