- Dəyişməmisən. Heç nə dəyişmir. Sadəcə, inkişaf eləmisən, daha da böyümüsən.
- Bilmirəm... özümü çox yetkin hiss edirdim. Hər şey elə sürətlə keçdi ki.
Sofist Protaqor (e.ə. 485-410) deyirdi: "İnsan hər şeyin ölçüsüdür". Bununla onu nəzərdə tuturdu ki, bir şeyin doğru, yaxud yanlış, pis və ya yaxşı olduğunu bilmək üçün həmişə o şeyin insan ehtiyacları ilə münasibəti nəzərə alınmalıdır. Yunan tanrılarına inanıb-inanmadığı haqda suala o, belə cavab vermişdi: “Sual mürəkkəbdir, həyatsa qısa”.
O, çox xoşxasiyyətli, üstəlik, bir çox insanlardan daha ağıllı itdir. Əslində olduğundan daha ağıllı olması kimi bir görüntü yaratmağa heç vaxt çalışmır.