Yazıçı əlbəttə, olduqca faydalı mövzuya toxunub. Modern insanın daha çox evlərə,ofislərə və ya texnologiyaya yönəlməsi, təbiətlə əlaqələrinin zəifləməsinə, təbiətdən uzaqlaşmasına gətirib çıxarıb. Xüsusilə də uşaqların təbiətdən bu qədər uzaq qalmasının bəşəriyyəti narahat etməli olan önəmli bir faktor olduğunu dəfələrlə vurğulayır və insanın yenidən təbiətlə bağ qurmasının yollarını tapmağı təklif edir. Təbiətin insan sağlamlığındakı rolunun əvəzedilməz olduğunu müxtəlif misallarla oxucuya çatdırır.