- Xoşbəxtlik ayaqların altında ikən bunu dərk etmək, əyilib onu yaxalamaq üçün cəsarətli və qətiyyət göstərmək... və bir daha buraxmamaq. Bunu ancaq ürəyin ağılı ilə etmək olar. Ürəyin ağılından məhrum bir ağıl sadəcə məntiqdir və onun o qədər də əhəmiyyəti yoxdur.
- Lakin biz həyatın bir gün bizi tərk edəcəyini bildiyimizə rəğmən, onu yenə də sonsuz dərəcədə sevirik.
- Bəsdir, elə danışma...
- Sən isə gələcək planları qurmağı burax, Culiya. "Sınıq güvəcləri yapışdırmağa" dəyməz - sadəcə, yaşamaq lazımdır, bu günlə, bu anla yaşamaq lazımdır, hərçənd, yaşadığımız heç vaxt düşündüyümüz, planlaşdırdığımız kimi olmur. Sənə yalnız bir şeyi deyə bilərəm: həyat dəhşətli bir sürətlə ötüb-keçir.