- Deməli, siz ölməkdən qorxmursunuz?
Elias gözlərini qaldırıb gənc vəkilə baxdı. Üzündə insansevərliyi ehtiva edən təbəssüb vardı, o, pıçıltıyla cavab verdi:
- Doğulmaqdan qorxmuşdunuz?
Elias həmsöhbətinin karıxmış sükutu qarşısında sözünə davam etdi:
- Bilirsiniz, vəkil, bilirəm ki, tezliklə öləcəyəm. Bu təbiidir. Ölümlə həyat bir-biri ilə əlaqəlidir, onlar həyat yolumuzun üstündəki iki qapıdır.
Atam həmişə deyirdi ki, çətin bir vəziyyətə düşəndə onu ayrı-ayrı hissələrə böl və hər birinin öhdəsindən ayrılıqda gəl. Beləliklə, qazandığın hər bir kiçik uğur toplanaraq sonda səni məqsədinə çatdıracaq.
- Xoşbəxtlik ayaqların altında ikən bunu dərk etmək, əyilib onu yaxalamaq üçün cəsarətli və qətiyyət göstərmək... və bir daha buraxmamaq. Bunu ancaq ürəyin ağılı ilə etmək olar. Ürəyin ağılından məhrum bir ağıl sadəcə məntiqdir və onun o qədər də əhəmiyyəti yoxdur.
- Lakin biz həyatın bir gün bizi tərk edəcəyini bildiyimizə rəğmən, onu yenə də sonsuz dərəcədə sevirik.
- Bəsdir, elə danışma...
- Sən isə gələcək planları qurmağı burax, Culiya. "Sınıq güvəcləri yapışdırmağa" dəyməz - sadəcə, yaşamaq lazımdır, bu günlə, bu anla yaşamaq lazımdır, hərçənd, yaşadığımız heç vaxt düşündüyümüz, planlaşdırdığımız kimi olmur. Sənə yalnız bir şeyi deyə bilərəm: həyat dəhşətli bir sürətlə ötüb-keçir.